Bankçılıq
203

Azərbaycanda 10 bankın Mərkəzi Banka borcu 62 milyon manata yaxındır

Azərbaycanda 10 bankın Mərkəzi Banka borcu 62 milyon manata yaxındır

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 17-si bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri barədə məlumat verib ki, bunlardan da 10-u tənzimləyici quruma ümumilikdə 61,783 milyon manat borcludur.

"Renkinq" xəbər verir ki, həmin banklar "Turan Bank", "Bank VTB Azərbaycan", "Bank BTB", "Günay Bank", "Access Bank", "Yelo Bank", "NBC Bank", "Kapital Bank", "Xalq Bank" və "Azərbaycan Sənaye Bankı"dır.

Bu banklardan AMB-yə ən çox borclu olan "Turan Bank" (26,083 milyon manat), ən az borclu olan isə "Azərbaycan Sənaye Bankı"dır (106 min manat).

Tənzimləyici quruma borclu olmadığını bəyan edən 7 bank isə "Azərbaycan Beynəlxalq Bankı", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank" və "Zıraat Bank Azərbaycan"dır.

12 bank - "AFB Bank", "AGBank", "Amrah Bank", "Azər-Türk Bank", "Bank of Baku", "Bank Respublika", "Express Bank", "Muğan Bank", "Premium Bank", "Rabitəbank", "Unibank" və "Yapı Kredi Bank Azərbaycan" AMB qarşısında öhdəliklərini açıqlamayıb. 

Bölmədən olan bütün xəbərlər