İnvestisiya
211

“Saudi Aramco” bazar dəyərini 10% itirib

“Saudi Aramco” bazar dəyərini 10% itirib

Dünya bazarında neftin ucuzlaşması fonunda Səudiyyə Ərəbistanının milli neft istehsalçısı "Saudi Aramco” bazar dəyərini təxminən 10% itirib. 

"Renkinq" bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, şirkətin səhmlərinin qiyməti 7,2 ABŞ dollarına (27 rial) düşüb. Bu, qiymətli kağızların İlkin Kütləvi Tadavülünün (IPO) həyata keçirildiyi 2019-cu ilin dekabr ayından bəri ən aşağı həddir. Ucuzlaşma Səudiyyə Ərəbistanının Tədavül fond birjasında qeydə alınıb. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər