İnvestisiya
240

“Bank BTB”nin istiqrazlarına 3 investor maraq göstərib

“Bank BTB”nin istiqrazlarına 3 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Bank BTB” ASC-nin hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd (2 milyon manatlıq) faizli, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, qiymətli kağızlara 3 investor maraq göstərib.

Sifarişlərin ümumi məbləği təklif qədər – 2 milyon manat təşkil edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Onlar gələn il martın 5-nə qədər tədavüldə olacaq.

İstiqrazların illik gəlirliliyi 9%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək.

Bölmədən olan bütün xəbərlər