Büdcə
147

“Azercell Telecom”un mənfəəti artıb

“Azercell Telecom”un mənfəəti artıb

"Azercell Telecom" MMC 2019-cu ili 101,178 milyon manat xalis mənfəətlə başa vurub. 

"Renkinq" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 1% çoxdur. 

Ötən il “Azercell Telecom”un əməliyyat gəlirləri 435,681 milyon manat (əvvəlki ilə nisbətən 3,4% çox), əməliyyat xərcləri 306,694 milyon manat (7,2% çox), maliyyə gəlirləri 2,181 milyon manat (2,9 dəfə çox), maliyyə xərcləri 870 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 29,12 milyon manat (18% az) təşkil edib. 

Bu il yanvarın 1-nə “Azercell Telecom” MMC-nin aktivləri 1 162,841 milyon manat olub ki, bu da illik müqayisədə 12,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 30,7% artaraq 126,896 milyon manata, balans kapitalı isə 10,8% artaraq 1 035,945 milyon manata çatıb.

Xatırladaq ki, “Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 42,08 milyon manatdır. Şirkətin səhmlərinin 51,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-yə, 42,2%-i Türkiyənin “Cenay İletisim” şirkətinə, 6,5%-i isə Maltanın “FA Invest” şirkətinə məxsusdur.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər