Digər
205

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 5,154 milyard ABŞ dolları, yaxud 5% artaraq 107,825 milyard ABŞ dolları təşkil edib.

"Renkinq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 30,411 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 759 milyon dollar, yaxud 2,6% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 4,395 milyard dolları, yaxud 6% artaraq 77,414 milyard dollar təşkil edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər