Digər
114

Rövşən Ağayev: “Qlobal iqtisadi vəziyyət çətindir”

Rövşən Ağayev: “Qlobal iqtisadi vəziyyət çətindir”

“ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün son dövrlərin ən sərt faiz endiriminə qərar verməsi qlobal iqtisadi vəziyyətin çox çətin olduğunu göstərir”.

“Renkinq” xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

“Narahatlıq doğuran məqam odur ki, 0,5 faiz bəndi azalma (1,5-1,75%-dən 1-1,25%-ə) barədə qərarın elan olunduğu ilk anlarda bazarlara müsbət təsir etməsinə, ABŞ-ın əsas fond birjası indekslərini orta hesabla 2%-ə yaxın artırmasına baxmayaraq, sonradan yenidən eniş müşahidə edilib. Əgər aparıcı mərkəzi bankların müdaxiləsi bazarların çöküşünü, təşvişi və iqtisadi fəallığın azalmasını qısa müddətə dayandırmasa, dünya iqtisadiyyatının dərin böhrandan yaxa qurtarması çox çətin görünür.

Bu ssenaridə Neft İxrac Edən Ölkələri Birliyinə (OPEC) daxil olan və olmayan ölkələrin müdaxiləsi neft bazarına təsirsiz qalacaq. Belə görünür ki, aparıcı dövlətlər artıq ən pis ssenari üçün hazırlıq içərisindədirlər”, - deyə o, qeyd edib.

Bölmədən olan bütün xəbərlər