Sığorta
124

Azərbaycanda 13 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 13 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar ayının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin yanvar ayında bazarda olmadığı, 1 şirkət (“Naxçıvan Sığorta” ASC) isə 1 il bundan əvvəl ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.

"Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "PAŞA Sığorta" ASC-dir. Bu şirkət yanvarda 5,415 milyon  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 3,9 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Bakı Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri yanvarda 19 min manat təşkil edib ki, bu da illik müqayisədə 22,7% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta" ASC-dədir. Bu şirkət ay ərzində 621 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 7,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "AXA MBask" ASC-dədir. Bu şirkətin ödənişləri 87,1% azalaraq 118 min manata düşüb. 

Bölmədən olan bütün xəbərlər