Sığorta
212

Azərbaycanda 3 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 3 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar ayının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 18-nin yığımları illik müqayisədə artıb, 3-nün yığımları azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin yanvar ayında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

"Renkinq" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Naxçıvan Sığorta" ASC-dir. Bu şirkət yanvarda 121 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 12,4 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə “Meqa Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları yanvarda 2,752 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 10,9% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət ay ərzində 2 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,8% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “Atasığorta” ASC-dədir. Bu şirkətin yığımları 18,8% azalaraq 1,621 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər