Sığorta
187

Azərbaycanda sığorta ödənişlərinin 77%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta ödənişlərinin 77%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar ayında Azərbaycanda həyata keçirilmiş 26,747 milyon manat sığorta ödənişinin 20,547 milyon manatı və yaxud 76,8%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (10,317 milyon manat), "PAŞA Sığorta" (5,415 milyon manat), "Xalq Sığorta" (1,722 milyon manat), “Atəşgah Həyat Sığorta” (1,605 milyon manat) və “Atəşgah Sığorta” (1,488 milyon manat) ASC-lərdir.

Ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (0 manat), "İpək Yolu Sığorta" (7 min manat),  "Bakı Sığorta" (19 min manat) və "Amrah Sığorta" (47 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 73 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 6,127 milyon manat (22,9%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər