Sığorta
115

Azərbaycanda sığorta haqlarının 80%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 80%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar ayında Azərbaycanda toplanılmış 112,026 milyon manat sığorta haqqının 90,064 milyon manatı və yaxud 80,4%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Sığorta" (56,578 milyon manat), "PAŞA Həyat Sığorta" (14,991 milyon manat), “İpək Yolu Sığorta” (7,881 milyon manat), “Qala Sığorta” (6,976 milyon manat) və "Atəşgah Sığorta" (3,638 milyon manat) ASC-lərdir.

Ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (2 min manat), "Bakı Sığorta" (106 min manat), "Naxçıvan Sığorta” (121 min manat) və “Xalq Həyat Sığorta” (189 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 418 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,4%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 21,544 milyon manat (19,2%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər