Sığorta
122

Azərbaycanda həyat sığortası 37%, qeyri-həyat sığortası isə 25% artıb

Azərbaycanda həyat sığortası 37%, qeyri-həyat sığortası isə 25% artıb

Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 18,829 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 36,6% çoxdur.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 93,197 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 25,25% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 57,25% artaraq 12,316 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 54,8% artaraq 14,431 milyon manata çatıb.

Beləliklə, 2020-ci ilin yanvar ayında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 65,4 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 15,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar ayında müvafiq olaraq 56,8 manat və 12,5 manat olub. 

Bölmədən olan bütün xəbərlər