Sığorta
163

Azərbaycanda könüllü sığorta 26%, icbari sığorta isə 33% artıb

Azərbaycanda könüllü sığorta 26%, icbari sığorta isə 33% artıb

Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 91,231 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,7% çoxdur.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 33,25% artaraq 20,795 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 19,242 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 78,3% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 18% artaraq 7,505 milyon manata çatıb.

Beləliklə, 2020-ci ilin yanvar ayında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 21,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar ayında 14,9 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 40,8 manatdan 36,1 manata düşüb.

Bölmədən olan bütün xəbərlər