Sığorta
211

Azərbaycanın sığorta bazarı 27% böyüyüb

Azərbaycanın sığorta bazarı 27% böyüyüb

Bu ilin yanvar ayında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 112,026 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. 

Ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 26,747 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,9% çoxdur.

2020-cu ilin yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,9 manatı ödəniş edilib. 2019-cu ilin yanvar ayında bu göstərici 19,5 manat olub.

Bölmədən olan bütün xəbərlər