İnvestisiya
245

ARDNF-in vəsaitlərinin 93%-i 3 əsas xarici valyutada yerləşdirilib

ARDNF-in vəsaitlərinin 93%-i 3 əsas xarici valyutada yerləşdirilib

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli onun aktivlərinin, demək olar ki, 100%-i qədər və yaxud 43 323,3 milyon ABŞ dolları təşkil edib.

“Renkinq” Fonda istinadən xəbər verir ki, bu vəsaitin 56,6%-i elə dollarda, 31,4%-i avroda, 5,1%-i isə ingilis funt-sterlinqində yerləşdirilib. 

Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 93,1% təşkil edib. Digər valyutalara gəlincə, portfeldə Avstraliya dolları 0,6%, Türkiyə lirəsi 0,8%, Rusiya rublu 0,8%, Koreya vonu 0,5%, Çin yuanı 1,2%, Yaponiya yeni 1,5%, digər valyutalar isə 1,5% paya malikdir. 

ARDNF investisiya portfelinin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsü ilə yanaşı, müxtəlif aktivlər üzrə bölgüsünü də açıqlayıb. Beləliklə, Fondun investisiya portfelində istiqrazların və pul bazarı alətlərinin payı 68,7%, səhmlərin payı 14,1%, daşınmaz əmlakın payı 5,8%, qızılın payı isə 11,4% təşkil edib. 

Xatırladaq ki, ötən il ARDNF-nin aktivləri 12,5% artıb. 

Bölmədən olan bütün xəbərlər