Büdcə
162

Azərbaycan ötən il valyuta ehtiyatlarını 12%-dən çox artırıb

Azərbaycan ötən il valyuta ehtiyatlarını 12%-dən çox artırıb

Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49 581,3 milyon ABŞ dolları təşkil edib.

“Renkinq” xəbər verir ki, bunun 87,4%-i və yaxud 43 323,3 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 12,6%-i, yaxud 6 258 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 1 022,8 milyon dollar və yaxud 2,1% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 798,9 milyon dollar və yaxud 1,9%, AMB-nin valyuta ehtiyatlarında isə 223,9 milyon dollar və yaxud 3,7% artım olub.
2019-cu ildə isə ölkənin valyuta ehtiyatları 5 440,4 milyon dollar və yaxud 12,3% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 4 808,1 milyon dollar və yaxud 12,5%, AMB-nin valyuta ehtiyatları isə 632,3 milyon dolları və yaxud 11,2% artım nümayiş etdirib. 

 

ARDNF-nin valyuta ehtiyatları
(milyon ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları
(milyon ABŞ dolları)

Azərbaycanın valyuta ehtiyatları
(milyon ABŞ dolları)

01.01.2020

43 323,3

6 258,0

49 581,3

01.10.2019

42 524,4

6 034,1

48 558,5

01.07.2019

42 463,7

5 939,4

48 403,1

01.04.2019

40 273,3

5 778,6

46 051,9

01.01.2019

38 515,2

5 625,7

44 140,9

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər