Digər
111

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,385 milyard ABŞ dolları, yaxud 1,3% azalaraq 102,671 milyard ABŞ dolları təşkil edib.

"Renkinq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 29,652 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,067 milyon dollar, yaxud 3,7% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,452 milyard dollar, yaxud 3,2% azalaraq 73,019 milyard dollar təşkil edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər