Bankçılıq
189

Azərbaycanda 4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda 4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 4-nün bu il yanvarın 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (2 153,211 milyon manat), "Xalq Bank" (1 799,468 milyon manat), "PAŞA Bank" (1  753,64 milyon manat) və "Kapital Bank"dır (1 501,354 milyon manat).

Qalan 25 bankdan 19-da kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 4 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər