Büdcə
151

“Azərbaycan İnvestisiya Şirkəti” yaradılandan bəri maliyyə hesabatı vermir

“Azərbaycan İnvestisiya Şirkəti” yaradılandan bəri maliyyə hesabatı vermir

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) yaradıldığı 2006-cı ildən bəri maliyyə hesabatını açıqlamır.

“Renkinq” xəbər verir ki, səhmdar cəmiyyətinin www.aic.az ünvanında yerləşən internet səhifəsində onun maliyyə göstəriciləri yerləşdirilməyib.

Xatırladaq ki, AİŞ 90 milyon manat nizamnamə kapitalı ilə yaradılıb. 2010-cu ildə bu rəqəm 70 milyon manat və yaxud 77,8% artırılaraq 160 milyon manata, 2019-cu ildə isə 40% artırılaraq 224 milyon manata çatdırılıb. Bununla belə, şirkətin həmin vəsaitlərdən necə istifadə etməsi, mənfəətlə yoxsa zərərlə işləməsi barədə ictimaiyyətə məlumat verilmir.

Bölmədən olan bütün xəbərlər