Bankçılıq
177

Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur

Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 8-nin bu il yanvarın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.

"Renkinq" xəbər verir ki, bunlar "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank"dır.

Digər 21 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 5-də investisiyaların məbləği 100 milyon manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 096,496  milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (869,592 milyon manat), "Kapital Bank" (455,456 milyon manat), "AFB Bank" (125,304 milyon manat) və "Xalq Bank"dır (108,747 milyon manat).

Qiymətli kağızlara investisiyaların məbləği 13 bankda 10-100 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər