Bankçılıq
328

“Rabitəbank”dan “Made in Azerbaijan” brendinə dəstək!

“Rabitəbank”dan “Made in Azerbaijan” brendinə dəstək!

“Rabitəbank” ASC İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA),eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə “Bakı Biznes Mərkəzi” MMC-də ölkədə ixracla məşğul olan 50-ə yaxın kiçik və orta biznes sahiblərinin nümayəndələri ilə görüş keçirib.

Tədbirdə, Bankın İdarə Heyətinin (İH) sədr müavini Orhan Gültekin təmsil etdiyi qurumun sahibkarlar üçün təklif etdiyi bank məhsulları, həmçinin yerli istehsalat və brendlərin ölkədən kənarda tanınması və ixrac potensialının artırılması üçün məhz ixracatçılara yönəlmiş yeni “İxracatçı” biznes krediti və digər güzəşli digər bank məhsulları barədə geniş məlumatlar təqdim edib.

Bundan başqa, AZPROMO-nun İxracın təşviqi departamentinin direktoru Fuad Cəfərov və  KOBİA-nın İH-nin sədr müavini Mehman Abbas çıxış edərək, sahibkarların suallarını cavablandırıb və təkliflərini dinləyiblər.

“Rabitəbank”ın ixracatçılar üçün təklif etdiyi özəl “İxracatçı” kredit məhsulundan ABŞ dollar ilə illik 4,9%-lə, Azərbaycan manatı ilə isə illik 13,9% ilə, 36 aya qədər faydalanmaq olar. Əlavə güzəşt olaraq kredit alan sahibkarlara, ixracdan daxil olan vəsaitin konvertasiyası və XÖHKS ilə köçürülməsi üzrə komissoyada tam, kreditin rəsmiləşdirilməsi və ixracdan daxil olan vəsaitin nağdlaşdırılması komissiyasına 50% endirim olunur.

“Rabitəbank” Azərbaycanın 16 regionunda və Bakıda 25 xidmət məntəqəsi və 68 ATM-ı, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, İnternet Bankinq və “RabitaBot” adlı çatbotu ilə müştərilərin xidmətindədir.

Bölmədən olan bütün xəbərlər