Qeyri-bankçılıq
135

Azərbaycanda daha 3 lizinq şirkətinin rəhbəri dəyişib

Azərbaycanda daha 3 lizinq şirkətinin rəhbəri dəyişib

Bakıda fəaliyyət göstərən 3 lizinq şirkətinin rəhbəri dəyişib.

"Renkinq" xəbər verir ki, "Aypara Lizinq" MMC-nin Vəli Qasımovun vəzifəsi Elnur Əkbərova,  "İmleasing" MMC-nin direktoru Rahib İsmayılovun vəzifəsi Orxan Cəfərova, "Xəzər Lizinq" MMC-nin direktoru Günay Əhmədovanın vəzifəsi isə Xalidə Ağayevaya həvalə olunub.

Xatırladaq ki, adı çəkilən lizinq şirkətləri müvafiq olaraq 1999-cu, 2019-cu və 1998-ci illərdə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 100 manat, 100 000 manat və 60 manatdır.

Könül Hüseynova

Bölmədən olan bütün xəbərlər