Digər
177

Azərbaycanda ötən il dövriyyəyə 1 844 ədəd yubiley və xatirə pul nişanları buraxılıb

Azərbaycanda ötən il dövriyyəyə 1 844 ədəd yubiley və xatirə pul nişanları buraxılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il dövriyyəyə 748 ədəd qızıl, 45 ədəd qızıl-platin, 967 ədəd gümüş və 84 ədəd kupronikel olmaqla, ümumilikdə, 1 844 ədəd yubiley və xatirə pul nişanları buraxıb.

“Renkinq” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, pul nişanları beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında 999 əyarlı qiymətli metallardan istehsal edilib. 

AMB satdığı yubiley və xatirə pul nişanları barədə məlumatları internet səhifəsindəki- "Milli pul nişanları" bölməsində yerləşdirir. Onları əldə etmək istəyən vətəndaşlar qurumun Elektron Xidmətlər Portalında "Elektron müraciətlər sistemi"nə daxil olaraq müraciət edə və yaxud AMB-nin milli pul nişanları üzrə qaynar xətti ilə (012) 493 11 22 (daxili 386) əlaqə saxlaya bilərlər.

Bölmədən olan bütün xəbərlər