Sığorta
225

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələr elektronlaşdırılır

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələr elektronlaşdırılır

İcbari Sığorta Bürosu (İSB) daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin elektronlaşdırılması üçün işlərə başlayıb.

“Renkinq” xəbər verir ki, bu barədə İSB-nin icraçı direktoru Rəşad Əhmədov məlumat verib.

“Əslində bunun üçün qanunvericilikdə dəyişikliyə ehtiyac var. Lakin Nazirlər Kabinetində keçirilmiş müşavirədə bu layihənin ayrıca qanun qəbul edilmədən test rejimində tətbiq edilməsinə qərar verilib və biz artıq işlərə başlamışıq”, - deyə o, qeyd edib.

Xatırladaq ki, hazırda Azərbaycanda yalnız avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilələr elektron qaydada bağlanılır. 2016-cı il noyabrın 1-dən tətbiq olunan bu yenilik üçün İSB-nin və Daxili İşlər Nazirliyinin informasiya sistemləri inteqrasiya olunub.

Bölmədən olan bütün xəbərlər