Digər
186

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,296 milyard ABŞ dolları, yaxud 1,8% artaraq 104,560 milyard ABŞ dolları təşkil edib.

"Renkinq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun statistik hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 28,585 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 287 milyon dollar, yaxud 1% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,009 milyard dollar, yaxud 1,4% artaraq 75,471 milyard dollar təşkil edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər