Büdcə
269

Azərbaycanın xarici ticarət dövriyyəsi 24% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 24% artıb

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2,851 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,85% çoxdur.

Aylıq xarici ticarət dövriyyəsinin 2,13 milyard dolları ixracın, 0,721 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 66,4% artıb, idxal isə 29,5% azalıb.

Son nəticədə xarici ticarətdə 1,409 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 5,5 dəfə çoxdur.  

Bölmədən olan bütün xəbərlər