Büdcə
160

Azərbaycan iqtisadiyyatı 2,4% böyüyüb

Azərbaycan iqtisadiyyatı 2,4% böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda 6 520,2 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Renkinq” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% çoxdur.

Aylıq ÜDM-in 3 906,5 milyon manatlıq hissəsi qeyri-neft sektorunda formalaşıb. Bu, illik müqayisədə 4,9% çoxdur.

Son 1 ildə adambaşına düşən ÜDM-in dəyəri isə 1,5% artaraq 655,3 manata çatıb. 

Bölmədən olan bütün xəbərlər