İnvestisiya
182

“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin səhmdarlarının yığıncağı keçiriləcək

“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin səhmdarlarının yığıncağı keçiriləcək

Aprelin 3-də, saat 11:00-da “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.

“Renkinq” bu barədə maliyyə qurumuna istinadən xəbər verir.

Məlumata görə, yığıncaq investisiya şirkətinun baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Qüllə küçəsi, 16 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Plato Capital and Co.”nun 2019-cu ildəki fəaliyyətinin yekunlarının müzakirə edilməsi, investisiya şirkətinin gələcək hədəflərinin müəyyən olunması və digər məsələlər daxildir.

Bölmədən olan bütün xəbərlər