Digər
212

Azərbaycanın dəmir yolu nəqliyyatında gediş haqqı bank kartı ilə ödəniləcək

Azərbaycanın dəmir yolu nəqliyyatında gediş haqqı bank kartı ilə ödəniləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) və “Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu nəqliyyatında gediş haqqının bank kartı ilə ödənilməsi üçün layihə həyata keçirir.

“Renkinq” xəbər verir ki, bu barədə AMB-nin baş direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum”da bildirib.

Onun sözlərinə görə, layihə “Visa” beynəlxalq kart təşkilatının dəstəyi ilə reallaşdırılır.

“Düşünürəm ki, tezliklə dəmir yolu nəqliyyatında bank kartı ilə ödəniş mümkün olacaq”, - AMB rəsmisi qeyd edib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər