Sığorta
202

Azərbaycanda 14 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 14 sığorta şirkətinin ödənişləri artıb

2019-cu ilin yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 14-nün ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) isə 2018-ci ildə bazarda olmadığı üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.

"Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "İpək Yolu Sığorta" ASC-dir. Bu şirkət ötən il 19,931 milyon  manat ödəniş edib ki, bu da əvvəlki ilə nisbətən 11,6 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “A-Qrup Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri ötən il 8,538 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,9% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atəşgah Sığorta" ASC-dədir. Bu şirkət il ərzində 18,986 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Naxçıvan Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 52,5% azalaraq 2 min manata düşüb. 

Bölmədən olan bütün xəbərlər