Sığorta
256

Azərbaycanda 8 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 8 sığorta şirkətinin yığımları azalıb

2019-cu ilin yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 13-nün yığımları illik müqayisədə artıb, 8-nin yığımları azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) 2018-ci ildə bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

"Renkinq" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Naxçıvan Sığorta" ASC-dir. Bu şirkət ötən il 546 min manat sığorta haqqı toplayıb ki, bu da əvvəlki ilə nisbətən 2,1 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə “Atəşgah Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları ötən il 36,884 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,2% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət il ərzində 977 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 94,8% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “Qala Həyat Sığorta” ASC-dədir. Bu şirkətin yığımları 6,5% azalaraq 14,861 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər