Sığorta
218

Azərbaycanda sığorta ödənişlərinin 70%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta ödənişlərinin 70%-i 5 şirkətin payına düşür

2019-cu ildə Azərbaycanda həyata keçirilmiş 301,537 milyon manat sığorta ödənişinin 210,351 milyon manatı və yaxud 69,8%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (99,505 milyon manat), "PAŞA Sığorta" (52,798 milyon manat), "İpək Yolu Sığorta" (19,931 milyon manat), “Atəşgah Həyat Sığorta” (19,131 milyon manat) və “Atəşgah Sığorta” (18,986 milyon manat) ASC-lərdir.

İl ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (2 min manat), "Amrah Sığorta" (202 min manat),  "Bakı Sığorta" (239 min manat) və "Rəvan Sığorta" (477 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 920 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 90,266 milyon manat (29,9%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər