Sığorta
170

Azərbaycanda sığorta haqlarının 72%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 72%-i 5 şirkətin payına düşür

2019-cu ildə Azərbaycanda toplanılmış 681,177 milyon manat sığorta haqqının 487,774 milyon manatı və yaxud 71,6%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (212,559 milyon manat), "PAŞA Sığorta" (150,177 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 49,067 milyon manat), "Atəşgah Həyat Sığorta" (39,087 milyon manat) və "Atəşgah Sığorta" (36,884 milyon manat) ASC-lərdir.

İl ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (546 min manat), "Amrah Sığorta" (861 min manat), "AXA Mbask" (975 min manat) və “Xalq Həyat Sığorta” (977 min) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 3,377 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,5%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 190,026 milyon manat (27,9%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər