Sığorta
171

Azərbaycanda həyat sığortası 22% azalıb, qeyri-həyat sığortası isə 7% artıb

Azərbaycanda həyat sığortası 22% azalıb, qeyri-həyat sığortası isə 7% artıb

2019-cu ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 267,484 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 21,55% azdır.

Ötən il qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 413,693 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 6,9% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 27,3% artaraq 124,899 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 24,2% artaraq 176,638 milyon manata çatıb.

Beləliklə, 2019-cu ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 46,7 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 42,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ildə müvafiq olaraq 28,8 manat və 36,75 manat olub. 

Bölmədən olan bütün xəbərlər