Sığorta
248

Azərbaycanda könüllü sığorta 15% azalıb, icbari sığorta isə 17% artıb

Azərbaycanda könüllü sığorta 15% azalıb, icbari sığorta isə 17% artıb

2019-cu ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 456,604 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 14,8% azdır.

Ötən il icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 17,1% artaraq 224,573 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 220,91 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 28% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 18,45% artaraq 80,627 milyon manata çatıb.

Beləliklə, 2019-ci ildə könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 48,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ildə 32,2 manat olub. Ötən il icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 35,3 manatdan 35,9 manata qalxıb.

Bölmədən olan bütün xəbərlər