Sığorta
251

Aqrar Sığorta Fondunun rəhbərliyi formalaşdırılıb

Aqrar Sığorta Fondunun rəhbərliyi formalaşdırılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun İdarə Heyəti (İH) formalaşdırılıb.

"Renkinq" xəbər verir ki, Fuad Sadıqov İH-nin sədri, Firdovsi Ağaşirinov isə İH-nin sədr müavini təyin olunub.

F.Sadıqov vaxtilə, ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Sığorta bazarına nəzarət departamentinin direktoru olub, son vaxtlar isə nazirliyə məxsus "Aqrolizinq" ASC-nin İH-nin sədr müavini çalışıb. F.Ağaşirinov isə bundan əvvəl Palatanın adı çəkilən departamentinin Qeyri-həyat infrastrukturuna nəzarət idarəsinə rəhbərlik edib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər