Bankçılıq
322

Azərbaycanda 7 bankın əməliyyat gəlirləri azalıb

Azərbaycanda 7 bankın əməliyyat gəlirləri azalıb

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 7-nin ötənilki əməliyyat gəlirləri əvvəlki ilə nisbətən az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Bank Avrasiya", "Muğan Bank", "Yapı Kredi Bank Azərbaycan", "AFB Bank", "AGBank", "Yelo Bank" və Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma Pakistan bankında (38%), ən az azalma isə "Bank Avrasiya"da (4,6%) qeydə alınıb.

Qalan 22 bank isə əməliyyat gəlirlərini artırıb. Bu baxımdan ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (31,2 dəfə), ən aşağı dinamika isə "Premium Bank"da (0,5%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər