Digər
182

Azərbaycan manatının dövretmə sürəti azalıb

Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu ilin yanvarın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,48 faiz bəndi təşkil edib.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 0,29 faiz bəndi, 2019-cu ilin yanvarın 1-nə nisbətən 0,97 faiz bəndi azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 faiz bəndi təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 faiz bəndi) qeydə alınıb.

Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. 

Bölmədən olan bütün xəbərlər