Digər
166

2019-cu il üzrə qlobal maliyyə mərkəzi məlum olub

2019-cu il üzrə qlobal maliyyə mərkəzi məlum olub

ABŞ-ın Nyu-York şəhəri 2019-cu ildə qlobal maliyyə mərkəzi olub. 

“Renkinq” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş ofisi elə Nyu-Yorkda yerləşən “Duff & Fhelps” konsaltinq şirkətinin hazırladığı “Qlobal Tənzimləmə Mənzərəsi 2019” adlı hesabatda bildirilir. 

Sənədə əsasən, sorğuda iştirak edənlərin 56%-i Nyu-Yorku, 34%-i isə Böyük Britaniyanın paytaxtı Londonu dünyanın maiyyə mərkəzi hesab etdiyini açıqlayıb. Halbuki 2018-ci ildə London Nyu-Yorku üstələyərək 1-ci olmuşdu. Mütəxəssislər qeyd edirlər ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ("Brexit”) ilə bağlı yaranmış qeyri-müəyyənlik bu ölkənin paytaxtının mövqeyini itirməsi ilə nəticələnib. 

Qeyd edək ki, qlobal maliyyə mərkəzinin müəyyən edilməsində bütün dünyadan 240 aparıcı maliyyə meneceri iştirak edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər