Bankçılıq
283

“Rabitəbank” ötən il 11 milyon manat mənfəət əldə edib

“Rabitəbank” ötən il 11 milyon manat mənfəət əldə edib

2019-cu il göstəricilərinə əsasən, “Rabitəbank” ASC 11,1 milyon manat mənfəət əldə edib, aktivlərini 740 milyon manata çatdırıb. İl ərzində Bankın kredit portfeli 18% artaraq 385 milyon manat, məcmu kapitalı isə 10% artaraq 114 milyon manat təşkil edib. 2019-ci il ərzində Bankın cəmi gəlirləri 2018-ci illə müqayisədə 14% artaraq 53,9 milyon manat, xərcləri isə 42,5 milyon manat olub.

Bank verdiyi biznes kreditlərinin məbləğini 29%,  istehlak kreditlərinin məbləğini isə 24% artırıb. 2019-ci ildə sürətli pul köçürmələrində də 14%-dən çox artım müşahidə edilib, plastik kartların sayı 41% artıb.Həmçinin bank xüsusi imtiyazları olan və çoxlu sayda üstünlükləri özündə cəmləyən, “Kartmane” kartını müştərilərinə təqdim edib. Yaşıl və Premium “Kartmane”, debit və kredit kartı olaraq müştərilərinin istifadəsinə təqdim olunub. Bütün dünyadakı YDM və restoranlardan “cashback” qazandıran “Kartmane”nin ölkədə ilk dəfə tam 100 gün güzəşt müddətli kredit kartını da 2019-cu ildə istifadəyə buraxılıb. Həmçinin “Mastercard PayPass” stiker kartları da bank tərəfindən müştərilərinə təklif edilir.

“Rabitəbank” 27-ci fəaliyyət ilində rebrendinq edərək, ənənəvi xidmətləri ilə yanaşı, rahat və innovativ rəqamsal xidmətlərini öz müştərilərinə təqdim edib. Rahat interfeys və geniş funksionallığı ilə istifadəyə verilən “Rabitabank Mobil” tətbiqi, bankın rabitabank.com rəsmi internet saytı tam yenilənərək istifadəyə təqdim edilib. Həmçinin, bankın digər innovativ təklifi olan “RabitəBot”, 2019-cu ildə hesabın alman üsulu bölünməsi, cərimələrin ödənişi, teleqramda dostunuzla danışıq pencərəsindən ayrılmadan dərhal pul göndərmək və ölkədə ilk dəfə onlayn bələdçi olan, “Mastercard” konsyerj xidməti ilə müştərilərinə xoş təəccüb və rahat imkanlarını təqdim edib.

2019-ci ildə, bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunmuşdur. Belə ki, bankın, “Nəsimi” filialı şəhərin mərkəzində 24/7 rejiminə keçib və yeni üslub ilə müştərilərin ixtiyarına təhvil verilib. Həmçinin paytaxtda daha 3 ATM istifadəyə verilərək, sayı 68-ə çatdırılıb.

İldən-ilə inkişaf edən “Rabitəbank” 2020-ci ildə yeni məhsul və xidmətləri ilə öz müştərilərinə rahat bankçılıq imkanlarını təklif etməyə hazırlaşır.

Bölmədən olan bütün xəbərlər