Bankçılıq
317

“Yelo Bank” ötən ili mənfəətlə başa vurub

“Yelo Bank” ötən ili mənfəətlə başa vurub

“Yelo Bank” ASC 2019-cu ilin 69 min manat mənfəətlə başa vurub. Halbuki, Bank 2018-ci ildən 135,201 milyon manat zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ötən il “Yelo Bank”ın gəlirləri 62,711 milyon manat (illik müqayisədə 17,3% az), xərcləri 50,971 milyon manat (31,1% çox), xüsusi ehtiyatlara ayırmaları isə 11,67 milyon manat (93,2% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Yelo Bank”ın aktivləri 484,727 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,2% çoxdur. Bunun 256,833 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 41% böyüyüb.

Hesabat dövründə “Yelo Bank”ın öhdəlikləri 18,8% artaraq 417,535 milyon manata, o cümlədən depozit portfeli 37,4% artaraq 314,246 milyon manata, balans kapitalı isə 2,3% artaraq 67,192 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər