Bankçılıq
453

“Bank VTB Azərbaycan”ın dəstəyi ilə Rəşid Behbudovun xatirə gecəsi keçirilib

“Bank VTB Azərbaycan”ın dəstəyi ilə Rəşid Behbudovun xatirə gecəsi keçirilib

“Bank VTB Azərbaycan” ASC-nin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında dahi sənətkar, SSSRİ xalq artisti R.Behbudovun xatirə gecəsi keçirilib. Tədbirdə incəsənət və  ictimai xadimlər, eləcə də biznes nümayəndələri iştirak edib.

“Bank VTB Azərbaycan” sosial fəaliyyətində mədəni irsin inkişafına xüsusi yer ayırır. 10 illik fəaliyyəti çərçivəsində bank bir sıra ictimai əhəmiyyətli layihələrə imza atıb. Bu dəfəki layihəmiz görkəmli şəxsiyyət R. Behbudova həsr olunub. Belə ki, bu il R.Behbudovun anadan  olmasından 105 il ötdüyünü nəzərə alaraq, 2020-ci ilin təqvimini unudulmaz müğənninin xatirəsinə həsr etmişik. Bu gün də onun xatirəsini elə özünün qurduğu Mahnı teatrında anırıq”- deyə Bankın İdarə Heyətinin sədri Yevgeni Kirin bildirib.

“R.Behbudov  Azərbaycanla Rusiya arasında bir körpüdür. O, Azərbaycanla yanaşı Rusiyada da sevilir.“Bank VTB Azərbaycan”ın belə bir layihəni reallaşdırması da təqdirə layıqdır ” – R.Behbudov fondunun direktoru Kamil Şahverdiyev qeyd edib.

Tədbirdə xalq artistləri Salman Qəmbərov, Gülyanaq Məmmədova, əməkdar artistlər Aygün Zeynalova, Fəxri Kazım-Nicat, Aynur İsgəndərova və digər sənət adamları Rəşid Beybudovun repertuarından mahnilar ifa edib. 

Bölmədən olan bütün xəbərlər