Bankçılıq
221

Anar Həsənov: “Access Bank”ın maliyyə hesabatı stabil və müsbət dinamika üzrə inkişafı təsdiq edir”

Anar Həsənov: “Access Bank”ın maliyyə hesabatı stabil və müsbət dinamika üzrə inkişafı təsdiq edir”

Bazarda mikro, kiçik və orta biznes kreditləri üzrə lider olan “AccessBank” QSC 2019–cu ilin IV rübü üzrə maliyyə hesabatını açıqlayıb.

Rüb ərzində “AccessBank”ın aktivləri 73,61 milyon manatlıq artım nümayiş etdirərək 897,886 milyon manata çatıb.

“AccessBank”ın kredit portfeli artım nümayiş etdirib. Sentyabr ayının sonuna 498,979 milyon manat həcmində olan xalis kredit portfeli IVrübün yekununa 536,428 milyon manata yüksəlib ki, bu da 37,449 milyon manat artımdan xəbər verir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatları nəzərə almasaq, bankın ümumi kredit portfeli 610,958 milyon manat təşkil edib. Həmçinin qeyd etmək lazımdır ki, 99.8% kreditlər manat valyutasında verilib.

Rüb ərzində depozit portfeli də mühüm artım nümayiş etdirib. Belə ki, bankın depozit portfeli 14,247 milyon manat artaraq 660,96 milyonmanata çatıb. Xüsusilə vurğulamaq istərdik ki, cari ilin əvvəlindən bankın depozit portfeli 159,822 milyon manat artıb.

IV rübün sonuna bank 13,782milyon manat əməliyyat mənfəəti əldə edib. Qeyd olunanrübün sonuna bankın gəlirləri 76,055milyon manata çatıb ki, bu da ötən rüblə müqayisədə 16,063milyon manatdeməkdir.

Hazırda bankın məcmu kapitalı 76,09milyon manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 26,09milyon manat çoxdur.

Dekabr ayının sonuna bankın ani likvidlik əmsalı 66,35% təşkil edir ki, bu da normadan (30%) təxminən 2,2 dəfə çoxdur.

Maliyyə göstəricilərini şərh edən “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: “IV rüb üzrə maliyyə hesabatı “AccessBank”ın stabil və müsbət dinamika üzrə inkişafını təsdiq edir. Bankın noyabr və dekabr ayları üzrə gəliri 7 milyon manatdan çox olub. “AccessBank” müştərilərin etibarlı tərəfdaşı qalmaqda davam edir. Bütün bunlar komandamızın dinamik, məhsuldar və çalışqan fəaliyyəti nəticəsində mümkün olub. Əsas məqsədimiz – sahibkarlarla effektiv əlaqələrin qurulması və onların inkişafına hərtərəfli dəstək göstərməkdir”.

Bölmədən olan bütün xəbərlər