Bankçılıq
141

“Premium Bank”ın xalis mənfəəti 45% azalıb

“Premium Bank”ın xalis mənfəəti 45% azalıb

“Premium Bank” ASC 2019-cu ili 8,868 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 44,8% azdır.

Ötən il “Premium Bank”ın gəlirləri 59,426 milyon manat (illik müqayisədə 0,5% çox), xərcləri 47,407 milyon manat (3,9% az), xüsusi ehtiyatlara ayırmaları 1,812 milyon manat (əvvəlki il qənaət edib), mənfəət vergisi ödəmələri isə 2,339 milyon manat (21,8% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Premium Bank”ın aktivləri 642,456 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,6% azdır. Bunun 562,322 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 3,5% kiçilib.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 0,6% artaraq 514,49 milyon manata, o cümlədən depozit portfeli 1% artaraq 470,845 milyon manata çatıb, balans kapitalı isə 5% azalaraq 127,967 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər