Bankçılıq
453

“Azərbaycan Beynəlxalq Bankı”nın mənfəəti azalıb

“Azərbaycan Beynəlxalq Bankı”nın mənfəəti azalıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2019-cu ili 302,316 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2018-ci ildən 425,841 milyon manat mənfəətlə çıxmışdı. 

“Renkinq” xəbər verir ki, ötən il ABB-nin gəlirləri 585,352 milyon manat (illik müqayisədə 10,2% çox), xərcləri 263,83 milyon manat (12% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 53,267 milyon manat (59,1% az), mənfəət vergisi ödəmələri isə 72,473 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə ABB-nin aktivləri 9 223,361 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,3% çoxdur. Bunun 2 153,211 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 28,2% böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 16,4% artaraq 7 883,741 milyon manata, o cümlədən depozit portfeli 29,3% artaraq 5 635,109 milyon manata, balans kapitalı isə 15,3% artaraq 1 339,62 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər