Bankçılıq
167

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 2 dəfə artıb

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 2 dəfə artıb

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2019-cu ili 7,689 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 94,9% və yaxud təxminən 2 dəfə çoxdur.

Ötən il ASB-nin gəlirləri 38,644 milyon manat (illik müqayisədə 40,1% çox), xərcləri 28,856 milyon manat (11,9% çox), xüsusi ehtiyatlara ayırmaları 120 min manat (əvvəlki il qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,979 milyon manat (95,6% çox) təşkil edib.

Bu il yanvarın 1-nə ASB-nin aktivləri 985,152 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,8% çoxdur. Bunun 331,403 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Ötən il Bankın kredit portfeli 18,5% böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 21,3% artaraq 885,499 milyon manata, o cümlədən depozit portfeli 28,1% artaraq 715,128 milyon manata, balans kapitalı isə 8,3% artaraq 99,652 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər