Büdcə
173

Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana borcu azalıb

Ötən ilin dekabr ayında Gürcüstanın Azərbaycana borcu 175 min ABŞ dolları azalaraq bu il yanvarın 1-nə 6,699 milyon dollar təşkil edib.

“Renkinq” xəbər verir ki, bu barədə qonşu ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik Gürcüstanın digər qonşuları qarşısında borc öhdəliklərini də açıqlayıb. Beləliklə, dekabrın sonuna Gürcüstan Rusiyaya 51,356 milyon dollar, Türkiyəyə 12,901 milyon dollar, Ermənistana isə 7,132 milyon dollar borclu olub.

Bölmədən olan bütün xəbərlər