Büdcə
141

Azərbaycanın xarici ticarət dövriyyəsi 8% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 8% artıb

2019-cu ildə Azərbaycan xarici ölkələrlə 33,303 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 7,7% çoxdur.

İllik xarici ticarət dövriyyəsinin 19,636 milyard dolları ixracın, 13,667 milyard dolları isə idxalın payına düşüb. Ötən il ixrac 0,9%, idxal isə 19,2% artıb.

Son nəticədə xarici ticarətdə 5,968 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 25,35% azdır.

Bölmədən olan bütün xəbərlər