İnvestisiya
177

Elman Rüstəmov: “Birjada listinqdə olan şirkətlərin çoxu heç bir əməliyyat aparmır”

Elman Rüstəmov: “Birjada listinqdə olan şirkətlərin çoxu heç bir əməliyyat aparmır”

“Azərbaycanda kapital bazarı inkişaf etməyib”.

“Renkinq" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.

“Araşdırma aparırıq və görürük ki, birjada listinqdə olan şirkətlərin çoxu heç bir əməliyyat aparmır. Biz hökumətlə birlikdə baxıb çempion müəssisələr tapmalıyıq ki, onlar kapital bazarına çıxmağa hazır olsunlar və öz səhmləri ilə bu bazardan vəsait cəlb etsinlər”, - deyə o, qeyd edib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər