Büdcə
276

Azərbaycanın ötənilki icmal büdcəsinin qalığı 7 milyard manatı ötüb

Azərbaycanın ötənilki icmal büdcəsinin qalığı 7 milyard manatı ötüb

2019-cu ildə Azərbaycanın icmal büdcəsinin mədaxili 29,235 milyard manat proqnoza qarşı 33,818 milyard manat, məxarici isə 27,371 milyard manat proqnoza qarşı 26,476 milyard manat təşkil edib.

"Renkinq" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə məlumat verib.

"Beləliklə, icmal büdcəsinin gəlirləri 115,7%, xərcləri isə 97% icra olunub. Son nəticədə büdcənin qalığı 7,343 milyard manat təşkil edib ki, bu da 1,864 milyard manatlıq proqnozdan təxminən 4 dəfə çoxdur.

Kəskin artım əsasən, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin artımı hesabına təmin olunub. Bu artım isə əsasən 2 istiqamətdədir. Belə ki, neftin büdcə qiymət 60 ABŞ dolları olduğu halda, faktiki qiymət orta hesabla 64-65 dollar təşkil edib.

Bundan başqa, Fondun vəsaitlərindən idarə edilməsindən əldə olunacaq gəlirlərin məbləği 1,4 milyard manat proqnozlaşdırılsa da, faktiki göstərici 3,5 milyard manat olub. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın maliyyə mövqeyinin daha da möhkəmlənməsi ilə bağlı ardıcıl aparılan siyasətin müsbət nəticələridir", - deyə nazir qeyd edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər