Büdcə
204

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 28% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 28% artıb

2019-cu ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 408,925 milyon manat təşkil edib.

“Renkinq” DGK-ya istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 28,4% çoxdur.

Ötən il gömrük rüsumları üzrə daxilolmalar 25,6% artaraq 1 109,477 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 28,3% artaraq 3 004,085 milyon manat, aksizlər üzrə daxilolmalar 46,9% artaraq 249,634 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 13,9% artaraq 45,73 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər